“Kəpəz”dən son 16 mövsümün antirekordu

09.12.2024

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Kəpəz” Azərbaycan çempionatları tarixində son 16 mövsümün antirekorduna imza atıb.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, bu, Gəncə təmsilçisinin “Zirə”yə Premyer Liqanın 16-cı turunda 0:4 hesabı ilə uduzması ilə reallaşıb.

Komanda cari mövsüm çempionatda 39 qol buraxıb. Bu göstərici son 16 mövsümün antirekordudur. 2009-cu ildən indiyədək heç bir komanda ilk 16 oyunda bu qədər top buraxmayıb.

Daha çox qola üzülən sonuncu komandaya 2008/2009 mövsümündə təsadüf olunub. Həmin vaxt “Bakılı” 16 görüşdə 41 dəfə topu qapısında görüb.

Tarixin antirekordu isə 1996/1997 mövsümünün 16 turunda 82 qol (texniki məğlubiyyətə görə verilən 0:3 hesabı nəzərə alınmadan) buraxan “Şəmkir”ə məxsusdur.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью