“Kəpəz”ə 100 cü qol və 100 cü böyükhesablı ev qələbəsi

20.05.2025

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qarabağ”ın “Kəpəz”i darmadağın etdiyi (3:0) oyunla bağlı iki maraqlı statistik məqam var.

Belə ki, ağdamlılar Gəncə klubu ilə çempionatdakı oyunlarda 100-cü qolu vurub. Leandro Andradenin qolu qərblilərlə matçlardakı 100-cü top olub.
“Qarabağ” Gəncə təmsilçisi ilə 61-ci qarşılaşmada qol sayında üçrəqəmli ədədə çatıb. Bu, 1992-ci ildən keçirilən ölkə çempionatlarında 7-ci belə cütdü ki, rəqiblərdən biri digərinə 100 və ya daha çox qol vurub. Onlardan 5-i “Qarabağ”ın hesabındadır. Eyni rəqibə 100 və ya daha çox qol vuranlar:
1. “Qarabağ” – 140 qol (“Neftçi”yə)
2. “Qarabağ” – 126 qol (“Sumqayıt”a)
3. “Neftçi” – 124 (“Şamaxı”ya)
4. “Qarabağ” – 114 (“Şamaxı”ya)
5. “Qarabağ” – 104 (“Qəbələ”yə)
6-7. “Neftçi” – 102 (“Kəpəz”ə)
“Qarabağ” – 102 (“Kəpəz”ə)

Həmçinin “Qarabağ” ölkə çempionatı tarixində 100-cü böyükhesablı ev qələbəsini qazanıb. Ağdam təmsilçisi evdə ən çox böyükhesablı qələbə qazanan komandadı.
İlk belə qələbə 1992-ci il mayın 6-da qeydə alınıb - “Qarabağ” Kürdəmir “Şirvan”ını 6:0 hesabıyla lə məğlub edib. “Köhlən atlar” öz meydanında 32 fərqli rəqibi üç və ya daha çox top fərqi ilə məğlub edib. “Sumqayıt” bu mənada daha çox - 10 dəfə zərər çəkib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью