“Kəpəz”in 150 cisi İdman və Biz

20.01.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misli Premyer Liqasının XIX turunun “Turan Tovuz”la ev oyunu “Kəpəz”in iki futbolçusu üçün əlamətdar olub.

İdman.biz xəbər verir ki, Turan Manafov və Karim Lkoça Gəncə klubunun heyətində ölkə çempionatlarında ilk qollarını vurublar.

Bu qarşılaşmaya qədər “Kəpəz”in 148 futbolçusu rəqib qapısına yol tapıb. Dubl müəllifi Turan bu siyahıda 149-cu, Karim isə “Kəpəz” üçün Premyer Liqada qol vuran 150-ci futbolçu olub.

Qeyd edək ki, yalnız üç klubun – “Qarabağ”, “Neftçi” və “Şamaxı”nın heyətində daha çox oyunçu fərqlənib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью