Kəpəzin braziliyalı hücumçusu Sumqayıta qarşı oynayacaq?

18.12.2024

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Kəpəz" Misli Premyer Liqasının 18-ci turunda Tovuz şəhər stadionunda "Sumqayıt"ı qəbul edəcək.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi bu oyunun hazırlığına start verib.

"Sarı-göylər"in zədəli futbolçusu Luis Paçu da hazırlıq prosesində iştirak edir. 17-ci turun "Neftçi" ilə matçını buraxan braziliyalı hücumçu məşqlərə qoşulub. Paçu qarşıdakı oyunda komandaya kömək edə biləcək.

Qeyd edək ki, "Kəpəz" - "Sumqayıt" qarşılaşması 20 dekabr tarixində saat 16:00-da start götürəcək.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью