futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Kəpəz” Futbol Akademiyasının iki üzvü 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına cəlb olunub.
Futbolpress.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
“Sarı-göylər”in U-15 komandasında ölkə çempionatında çıxış edən qapıçı İbrahim Hüseynov və müdafiəçi Sadiq Tağıyev yığmanın düşərgəsinə dəvət alıblar.
Gənc futbolçular noyabrın 23-dən 27-dək Bakıda baş tutacaq təlim-məşq toplanışında iştirak edəcəklər.