Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
"Kəpəz"in futbolçusu İlkin Qırtımov Bakıda cərrahiyyə əməliyyatı olunub.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyat uğurla aparılıb. İlkinin bərpa müddəti 3 həftə çəkəcək.
Qeyd edək ki, təcrübəli müdafiəçiyə diz oynağının medial meniskin yırtığı diaqnozu qoyulmuşdu.