Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.
"Kəpəz" klubunun futbolçusu İlkin Qırtımov əməliyyat olunub.
Reyting.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Qırtımovun bərpa müddəti 3 həftə çəkəcək.
Qeyd edək ki, müdafiəçiyə diz oynağının medial meniskin yırtığı diaqnozu qoyulmuşdu.