Icma.az, sport24.az saytına istinadən bildirir.
"Qələbə qazanmaq bizim üçün çox vacib idi. Bu, həm də qış fasiləsindən sonra ilk matçımız oldu". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in futbolçusu Rauf Hüseynli deyib.
26 yaşlı yarımmüdafiəçi Misli Premyer Liqasının XVII turunda səfərdə "Qarabağ"ı məğlub etdikləri (2:0) qarşılaşma haqqında fikirlərini bölüşüb:
"Mövsümün ikinci yarısına qələbə ilə start vermək bizə əlavə motivasiya verəcək. Hər qazanılan xal çox dəyərlidir. Ona görə komanda olaraq çox sevindik. Amma artıq bu oyunu unutmalı və növbəti matça köklənməliyik".
Hüseynli həmin görüşdə qələbəyə inandıqlarını deyib:
"Çətin olacağını da bilirdik. Amma hər oyuna maksimum nəticə qazanmaq üçün çıxırıq. "Qarabağ"ın UEFA Çempionlar Liqasındakı hər oyununa baxıram. Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edirlər. Biz də baxırıq, dəstək oluruq. Əsas mərhələdə son matçları qalıb. "Liverpul"la oyunda onlara uğurlar arzulayıram. Səfərdə yaxşı nəticə qazanacaqlarına inanırıq. Çünki hər kolleltivə qarşı yaxşı və intizamlı oyun sərgiliyə bildiklərini göstəriblər".