Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
“Kəpəz”in futbolçusu sıradan çıxıb.
Qaynarinfo xəbər verir ki, bu barədə klub məlumat yayıb. Misli Premyer Liqasının “Sumqayıt”la yarımçıq dayandırılan oyununda zədələnən “Kəpəz”in yarımmüdafiəçisi Əli Səmədovun sağ bud əzələsində 2 sm-lik yırtıq aşkarlanıb.
Futbolçunun təxminən 2-3 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Bu səbəbdən Səmədov növbəti turda “Araz-Naxçıvan”a qarşı keçiriləcək oyunu buraxa bilər.