“Kəpəz”in futbolçusu üçün əlamətdar tur İdmanXəbər

13.11.2024

Idmanxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misli Premyer Liqasının XIII turunda baş tutan “Kəpəz” – “Sabah” görüşü (2:2) Gəncə təmsilçisinin futbolçusu Orxan Əliyev üçün əlamətdar olub.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçu “sarı-göylər”in heyətində 50-ci çempionat matçına çıxıb.

Bu oyunlarda 6 qol vuran O.Əliyevin məhsuldar zərbələrinin yarısı cari mövsümə təsadüf edib. Hücumçu daha əvvəl “Neftçi” ilə görüşdə dubla imza atıb.

Qeyd edək ki, “Kəpəz” hazırda turnir cədvəlində 7 xalla 10-cu yerdə qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью