“Kəpəz”in heç heçələri 150 ci dəfə

21.09.2026

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Kəpəz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci heç-heçəsini edib.

Apasport.az xəbər verir ki, yubiley nəticə Misli Premyer Liqasının VI turunda “Sumqayıt”la keçirilən görüşə təsadüf edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Gəncə təmsilçisi bu göstəriciyə Premyer Liqadakı 720-ci matçında çatıb. “Kəpəz” Azərbaycan çempionatları tarixində 150 və daha çox heç-heçə edən 5-ci komanda olub.

Qeyd edək ki, “Kəpəz”in ölkə çempionatındakı ilk heç-heçəsi 1992-ci il mayın 18-də qeydə alınıb. Gəncə klubu həmin gün səfərdə Bərdənin “Pambıqçı” komandası ilə qolsuz bərabərə qalıb.

DÇ-2026-nın ən yaxşıları açıqlandı – Messi zirvədə, ilk "10-luq"da 5 ispaniyalı FIFA reytinqi açıqlandı – Azərbaycan və Türkiyə gerilədi 7-ci finalda 6-cı çempionluq – İspaniyadan ikinci DÇ kuboku Argentinadan antirekord – Qapıya zərbə olmadı Dünya çempionatı finalında tarixi yaş fərqi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью