Kəpəzin iki futbolçusu əməliyyat olunacaq

20.11.2024

Icma.az, Sfera.az saytına istinadən bildirir.

"Kəpəz"in futbolçuları Elmir Tağıyevlə İlkin Qırtımov əməliyyat olunacaq.

Sfera.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Əzələ qopmasından əziyyət çəkən E.Tağıyev İstanbulda, İ.Qırtımov isə Bakıda əməliyyat ediləcək. İkinciyə diz oynağının medial meniskin yırtığı diaqnozu qoyulub.

Hər iki oyunçunun bərpa müddəti 3 həftə çəkəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью