Kəpəzin iki futbolçusu əməliyyat olunacaq

20.11.2024

Icma.az bildirir, Operativ MM portalına istinadən.

"Kəpəz"in futbolçuları Elmir Tağıyevlə İlkin Qırtımov əməliyyat olunacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Əzələ qopmasından əziyyət çəkən E.Tağıyev İstanbulda, İ.Qırtımov isə Bakıda əməliyyat ediləcək. İkinciyə diz oynağının medial meniskin yırtığı diaqnozu qoyulub.

Hər iki oyunçunun bərpa müddəti 3 həftə çəkəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью