Kəpəzin iki futbolçusu əməliyyat olunacaq

20.11.2024

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

"Kəpəz"in yarımmüdafiəçisi Elmir Tağıyev və müdafiəçisi İlkin Qırtımov əməliyyatı olunacaq.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Əzələ qopmasından əziyyət çəkən Elmir Tağıyev Türkiyənin İstanbul şəhərində əməliyyat ediləcək. İlkin Qırtımovun əməliyyatı isə Bakıda olacaq. Ona diz oynağının medial meniskin yırtığı diaqnozu qoyulub. 

Qeyd edilib ki, hər iki oyunçunun bərpa müddəti 3 həftə çəkəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью