“Kəpəz”in keniyalısı yenə oynamadı

14.04.2025

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Kəpəz”in Conston Omurvanı heyətinə cəlb etdiyini xəbər vermişdik. Amma keniyalı müdafiəçi “Araz-Naxçıvan”la oyunda da meydanda görünmədi.

Klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev saytımıza son açıqlamasında futbolçunun sənədləşdirmə işlərinin aparıldığını söyləmişdi. Bəs bu məsələ necə oldu? Azad bəyin cavabı:

“Bəli, sənədləşdirmə işləri bitdi. Amma zədəli olduğundan hələlik sifariş olunmayıb”.


ƏSƏD SEYİDOV
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью