“Kəpəz”in komandalarına danışılmış oyunlarla bağlı seminar keçirildi

05.11.2024

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gəncə şəhər stadionunda Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz” klubunun U-15, U-16, U-17 və Gənclər Liqası komandalarına danışılmış oyunlarla bağlı seminar keçirilib.

Futbolpress.az xəbər verir ki, UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli “Futbol ictimaiyyəti olaraq danışılmış oyun və ya oyun manipulyasiyası haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Seminarda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib. İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.

Əsas xəbərlər, Premyer liqa “Sabah” – “Kəpəz”: biletlər satışda

4 Noyabr 2024, 17:37

Araşdırma, Əsas xəbərlər, Premyer liqa Tovuzda iki fərqli oyun

4 Noyabr 2024, 9:00

Əsas xəbərlər, Premyer liqa “Təki belə nəticəli oyunumuz çox olsun”

3 Noyabr 2024, 18:46

Əsas xəbərlər, Premyer liqa “Kəpəz” – “Səbail”: heyətlər bilindi

3 Noyabr 2024, 15:09

Əsas xəbərlər, Premyer liqa Tovuzda autsayderlərin dueli, “Sabah” qələbə axtarışında

3 Noyabr 2024, 13:15

Əsas xəbərlər, Premyer liqa “Rəqib oyunçu topla aidiyyatı olmadan sırf mənə qarşı kobud

2 Noyabr 2024, 16:32

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью