futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Kəpəz” klubunun Misli Premyer Liqasının VII turunda “Araz-Naxçıvan”a qarşı keçirdiyi oyun bir sıra maraqlı göstəricilərlə yadda qalıb.
Futbolpress.az xəbər verir ki, belə ki, “sarı-göylər” cari mövsümdə ilk səfər qələbəsinə nail olublar – 2:0.
Baş məşqçi Azər Məmmədov bu mövsümdə ilk dəfə Benitoya start heyətdə yer verib. Nigeriyalı yarımmüdafiəçi çalışdırıcının etimadını doğruldaraq 31-ci dəqiqədə hesabı açıb. Beləliklə, Benito təxminən 3 illik fasilədən sonra rəsmi oyunda qol vurub.
“Kəpəz” 10 xalla 6-cı sıradadır.