Icma.az, sport24.az saytına istinadən bildirir. "İki həftədir ki, bu oyuna hazırlaşırıq və məşqlər yaxşı gedir.
Çempionatda yaranan fasilədən maksimum şəkildə yararlanmağa çalışdıq".
Sport24.az xəbər verir ki, bu fikirlər "Kəpəz"in futbolçusu Valdemar Almeydaya məxsusdur.
Yarımmüdafiəçi klubun mətbuat xidmətinə "Araz-Naxçıvan"a qarşı matçla bağlı danışarkən belə deyib.
O, uğurlu nəticəyə kökləndiklərini bildirib: "Məqsədimiz bəllidir, bütün qarşılaşmalara xal üçün çıxırıq.
Bu günlər ərzində də məşq planımız hesabımıza üç xal əlavə etmək üzərində qurulub.
Oyuna hazırlaşmaq üçün milli komandaların oyunları səbəbindən kifayət qədər vaxtımız olub. Diqqətimizi məşqlərə cəmləmişik.
Fasilədən yaxşı yararlanmalıyıq". "Pana" ləqəbli oyunçu qış fasiləsinə qədər komandanın daha çox xal toplamağı qarşısına məqsəd qoyduğunu de