Kəpəzin legioneri məşqlərə başladı

18.12.2024

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Kəpəz"in bir müddət zədəli olan futbolçusu Luis Paçu sağalaraq kollektiv məşqlərə qoşulub.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

Ötən həftə fərdi halda çalışan hücumçu Misli Premyer Liqasının XII turunda "Neftçi" ilə oyunu buraxmaq məcburiyyətində qalmışdı. Məşqçilər korpusunun qərarına uyğun olaraq Paçu "Sumqayıt" ilə qarşıdakı matçda oynamaq imkanı əldə edə bilər.

Qyed edək ki, forvard "Zirə"yə qarşı ev oyununda zədələnərək əvəzlənmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью