Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkə Premyer Liqasında qış fasiləsi başa çatsa da, “Kəpəz”in legionerlərindən biri hələ də Azərbaycana qayıtmayıb.
Bizim.Media xəbər verir ki, söhbət Cefferson Bentodan gedir.
Hətta braziliyalı futbolçu ilə aparılan danışıqlar da öz bəhrəsini verməyib. “Kəpəz” rəhbərliyinin məsələ ilə bağlı FİFA-ya şikayət məktubu göndərmək istəməsi də gündəmdədir.
Məsələ ilə bağlı Gəncə klubunun baş məşqçisi Azər Bağırovla əlaqə saxladıq. Baş məşqçi
Bizim.Media-ya açıqlamasında Bentunun qayıtmamasını təsdiqləsə də, bunun səbəbini dəqiq bilmədiyini deyib:
“Cefferson Bentu hələ də ölkəsindən qayıtmayıb. Bunun səbəbini dəqiq bilmirəm. Deyilənə görə müxtəlif bəhanələr gətirir ki, klubla əlaqələrini kəssin. Bu məsələ ilə klub rəhbərliyi məşğul olur.
Yəqin ki, məsələ ilə bağlı tədbirlər görüləcək”.
Rəşad Rafiqoğlu, Bizim.Media