Icma.az, futbolpress-az saytına istinadən bildirir.
“Kəpəz”in futbolçusu Viktor Stinanın çıxış etdiyi Moldova yığması Millətlər Liqasında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda IV turda Slovakiyanı qəbul edib. Matç Moldovanın məğlubiyyəti ilə başa çatıb – 0:4.
Stina bu görüşə ehtiyatda başlayıb. O, 67-ci dəqiqədə hesab 0:3 olarkən meydana daxil olub.
Moldova 4 turdan sonra 4 xalla 3-cü sıradadır.