“Kəpəz”in legioneri: “Premyer Liqada qalacağıq”

06.11.2024

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Kəpəz” Premyer Liqanın XII turunda “Səbail”i məğlub edib – 1:0.

Gəncə təmsilçisinin kapitanı Yeqor Xvalko “FutbolPress“ə açıqlamasında qələbə haqda danışdı:

“Çətin oyun olacağını bilirdik. Hər iki komanda xallar qazanmaq istəyirdi. Son dəqiqələrə kimi bərabər oyun gedirdi. Lakin yekunda bir qol vurub, qələbə qazana bildik. Hər məşqçinin gəlişindən sonra dəyişikliklər olur. İndi konkret nələrisə demək istəmirəm. Ancaq yeni baş məşqçi komandaya dəyişikliklər gətirdi”.

“Kəpəz” XIII turda “Sabah”ın qonağı olacaq. Müdafiəçi görüşdən gözləntilərini bölüşdü:

“Sabah”la oyun çətin olacaq. Onlara qarşı birinci dövrədə ağır oyun keçirmişdik. İndi səfərdəyik və inanıram ki, xallar qazanacağıq”.

Kapitan sonda Premyer Liqada qalacaqları barədə söz verdi:

“İnanıram ki, komandamız elitadakı yerini qoruyacaq. Buna potensialımız və gücümüz var”.

Şahin Cəfərov

Əsas xəbərlər, Ölkə futbolu “Kəpəz”in komandalarına danışılmış oyunlarla bağlı seminar keçirildi

5 Noyabr 2024, 17:24

Əsas xəbərlər, Premyer liqa “Sabah” – “Kəpəz”: biletlər satışda

4 Noyabr 2024, 17:37

Araşdırma, Əsas xəbərlər, Premyer liqa Tovuzda iki fərqli oyun

4 Noyabr 2024, 9:00

Əsas xəbərlər, Premyer liqa “Təki belə nəticəli oyunumuz çox olsun”

3 Noyabr 2024, 18:46

Əsas xəbərlər, Premyer liqa “Kəpəz” – “Səbail”: heyətlər bilindi

3 Noyabr 2024, 15:09

Əsas xəbərlər, Premyer liqa Tovuzda autsayderlərin dueli, “Sabah” qələbə axtarışında

3 Noyabr 2024, 13:15

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью