sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Kəpəz"in kapitanı Dioqo Verdaskanın Sport24.az-a müsahibəsi
– Misli Premyer Liqasının XVII turunda "Qarabağ"ı səfərdə məğlub etdiniz. Matçla bağlı nə deyə bilərsən?
– Düşünürəm ki, çox yaxşı oyun keçirdik. Kompakt oynadıq, hücum imkanlarımızdan düzgün yararlandıq və oyunu yaxşı idarə etdik. Son həftələr ərzində yaxşı hazırlaşmışdıq və nəticə də bunu göstərir.
– Oyundan əvvəl belə bir nəticə olacağını gözləyirdin?
– Biz hər oyuna qələbə üçün çıxırıq. Çətin olacağını bilirdik, amma qeyri-mümkün deyildi. Futbolda mümkünsüz heç nə yoxdur. Düşünürəm ki, bu oyunda qələbəyə layiq idik. Matçın böyük hissəsində daha üstün tərəf biz olduq. Sona qədər mübarizə apardıq və nəticədə bunun qarşılığını aldıq.
– "Qarabağ" kimi bir komandaya qalib gəlmək necə hissdir?
– Bu, digər qələbələr kimi bir hissdir. Əsas məsələ vacib olan üç xalı qazanmaqdır. Qələbəyə layiq idik.
– Rəqibinizin UEFA Çempionlar Liqasındakı oyunlarını izləyirsinizmi?
– Bəli, "Qarabağ"ın Çempionlar Liqasındakı oyunlarını izləyirəm. Avropa Liqası və Çempionlar Liqasındakı digər komandaları da izləyirəm.
– "Kəpəz" bu mövsüm çempionatda qalmaq uğrunda mübarizə aparır. Gələn mövsüm avrokuboklara iddia edə bilərsiniz?
– Mən yalnız bu il və indiyədək gördüyümüz işlər barədə danışa bilərəm. Bir neçə ay əvvəl heç kim "Kəpəz"in gələn mövsüm avrokuboklar uğrunda mübarizə aparacağından danışmırdı. Gəlin bu mövsümə, bu ana fokuslanaq. Hazırda qazandığımız bu üç xal məqsədimiz üçün çox vacib idi.
– Klub rəhbərliyi qələbəyə görə mükafat söz verib?
– Ən vacib olan komandanın çıxışı və qalibiyyət əldə etməsidir.