Kəpəzin məşqçisinə 5 oyunluq cəza

05.11.2024

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

"Kəpəz-2"nin baş məşqçisi Xaliq Mərdanov AFFA tərəfindən sərt cəzalandırılıb.

QOL.az xəbər verir ki, İntizam Komitəsinin bugünkü iclasında belə qərar qəbul edilib.

Mütəxəssis Əvəzedicilər liqasının 12-ci turunda “Səbail-2” ilə oyunun 90+3-cü dəqiqəsində hakimi təhqir edib. O, bu hərəkətinə görə birbaşa qırmızı vərəqə alıb.

İntizam Komitəsi isə məşqçini 5 oyunluq cəzalandırıb.

Həmçinin “Kəpəz-2” 400 manat cərimə edilib.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью