“Kəpəz”in oyunu yenə birincidir

15.09.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasında V turun oyunlarını izləyən azarkeş sayı məlum olub.

Futbolpress.az xəbər verir ki, ən yüksək göstərici Gəncə şəhər stadionunda qeydə alınıb. “Kəpəz”in “Qəbələ”ni məğlub etdiyi ev oyununda 11 min tamaşaçı olub.

Ən aşağı göstərici Şamaxı və Sumqayıtla bağlıdır. “Araz-Naxçıvan”ın “Turan Tovuz”la görüşünü və “Sumqayıt”ın “Şamaxı” ilə duelini 500 tamaşaçı tribunadan izləyib.

Misli Premyer Liqası
V turun oyunlarını izləyən azarkeş sayı

İmişli – Neftçi 2:3 (600 tamaşaçı)
Kəpəz – Qəbələ 1:0 (11000 tamaşaçı)
Sumqayıt – Şamaxı 1:1 (1350 tamaşaçı)
Araz-Naxçıvan – Turan Tovuz 2:2 (500 tamaşaçı)
Zirə – Qarabağ 1:1 (1300 tamaşaçı)
Şəfa – Sabah 0:3 (500 tamaşaçı).

Qeyd: Rəqəmlər Peşəkar Futbol Liqasının rəsmi oyun protokolundan götürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью