“Kəpəz”in oyununa görə gücləndirilmiş iş rejimi

21.11.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Kəpəz” və “Qarabağ” komandaları arasında Misli Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək oyunla əlaqədar noyabrın 22-də Gəncədə ictimai nəqliyyat gücləndirilmiş iş rejimində çalışacaq.

Futbolpress.az xəbər verir ki, belə ki, qarşıdakı matçı 15 mindən çox azarkeşin canlı izləyəcəyini nəzərə alan klubun rəhbərliyi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Gəncə Regional İdarəsinə müraciət edib.

İdarənin qərarına əsasən, noyabrın 22-də saat 15:00-dan etibarən Gəncə şəhər stadionu istiqamətində olan marşrut xətlərində hərəkət intensivləşəcək, avtobusların sayı artırılacaq.

Tamaşaçıların oyundan sonra evə rahat qayıtması üçün gücləndirilmiş iş rejimi həmin gün saat 20:00-dək davam edəcək.

“Kəpəz” – “Qarabağ” oyunu 17:00-da start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью