“Kəpəz”in qapısına haqlı penalti təyin olunub

12.05.2025

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Misli premyer-liqasının 33-cü turunda “Kəpəz”i qəbul edən “Neftçi” son dəqiqələrdə vurduğu penalti qolu ilə məğlubiyyətdən qurtarıb. 90+3-cü dəqiqədə Murad Məmmədovun zərbəsi zamanı İlkin Qırtımov cərimə meydançasında topa əllə toxunduğuna görə hakim penalti təyin edib. Bu qərarla hesab bərabərləşib - 2:2.

“Kəpəz”in baş məşqçisi Azər Bağırov penalti ilə bağlı kəskin narazılıq edib. Həmin epizodu “Futbol+”in daimi eksperti Fariz Yusifov belə dəyərləndirdi:

“Meyarlar əlin təbii və ya qeyri-təbii vəziyyətdə olması ilə bağlıdı. Biləyin bir hissəsi bağlıdısa, digər hissəsi qeyri-təbii vəziyyətdə topa qarşı hərəkət edir. Top qapı istiqamətində gedir. Qolu genişləndirir və zərbənin qarşısını alır. Hakimin qərarı ilə razıyam”.


ƏSƏD SEYİDOV
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью