futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Kəpəz” bu gün Premyer Liqada “Zirə”ni qəbul edəcək. Gəncə təmsilçisi bu turdan ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək. Matça saat 14:00-da start veriləcək.
Ötən tur bu arenada qonaq kimi “Karvan-Yevlax”a qalib gələn “sarı-göylər” bu dəfə “qartallar”ın müqavimətini qırmağa çalışacaq.
“Zirə” çempionatda son 4 oyunda uduzmayıb. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv 3 qələbə qazanıb, 1 heç-heçə edib. “Zirə” son 5 səfər matçında isə 2 qələbəyə sevinib. Digər görüşlərdə 2 bərabərlik, 1 məğlubiyyət qeydə alınıb.
“Kəpəz” isə son 3 oyunda 1 qələbə qazanıb, 2 dəfə uduzub.
Komandalar arasında mövsümün ilk oyununda “Zirə” böyükhesabla qalib gəlib – 5:0.
13 turdan sonra ikinci sırada qərarlaşan “Zirə”nin 23 xalı var. Aktivində 6 xal olan “Kəpəz” isə 10-cu pilləni tutub.
Şahin Cəfərov