“Kəpəz”in son sınağı

05.05.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Qarşıdakı çempionat üçün hazırlıqları davam etdirən “Kəpəz” sabah sonuncu yoxlama oyununu keçirəcək.

Futbolpress.az xəbər verir ki, “sarı-göylər” Gəncədə “Pelikan” ilə qarşılaşacaqlar. Matç saat 17:30-da başlayacaq.

“Kəpəz” bundan əvvəl “Turan Tovuz”a (0:4), “Şamaxı”ya (1:2) uduzub. Gəncə təmsilçisi Küveytin “Əl Yarmuk” komandasına isə 2:1 hesabıyla qalib gəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью