Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Futbol üzrə Misli Premyer Liqasının 13-cü turunda “Turan Tovuz”la qarşılaşacaq “Kəpəz”in heyətində zədəli və cəzalı futbolçu yoxdur.
Bu barədə Gəncə təmsilçisinin mətbuat katibi Aqşin Əliyev İdman.Biz-ə məlumat verib.
O bildirib ki, komanda qarşılaşmaya hazırlığını davam etdirir və heyətdə hər hansı itki yoxdur.
Qeyd edək ki, “Turan Tovuz” - “Kəpəz” oyunu noyabrın 28-də Tovuz şəhər stadionunda keçiriləcək. Görüş saat 16:30-da başlayacaq.
Hazırda “Turan Tovuz” 24 xalla turnir cədvəlinin üçüncü, 18 xala malik “Kəpəz” isə altıncı pilləsində qərarlaşıb.