sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gəncədə bıçaqlanma hadisəsi baş verib. Sport24.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Veysəl Rzayev kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Bıçaqlanan şəxs "Kəpəz" futbol klubunun futbolçusudur. O, "Turan Tovuz" futbol kulubundan transfer edilib.
Faktla bağlı araşdırma aparılır.