“Kəpəz”in yoxlama oyunlarındakı iki rəqibi bəlli olub

03.07.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 3 iyul, AZƏRTAC

Yeni mövsüm üçün hazırlığı davam etdirən “Kəpəz” komandasının yoxlama oyunlarındakı iki rəqibi müəyyənləşib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, Gəncə təmsilçisi iyulun 21-də "Qəbələ", 26-da isə "Şamaxı" ilə qarşılaşacaq.

Hər iki matç Qəbələdə təşkil olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью