“Kəpəz”in zədəlisi qayıtdı

19.12.2024

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Kəpəz” klubunun zədəsini sağaldan futbolçusu İlkin Qırtımov məşqlərə başlayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “sarı-göylər”in mətbuat xidməti məlumat yayıb. Bərpaedici xarakter daşıyan çalışmalar həkimlərin tövsiyələri əsasında məşqçilərin nəzarəti altında aparılır.

34 yaşlı müdafiəçi zal şəraitində yüngül hərəkətlərlə fitnes məşqləri keçir, meydanda müxtəlif məsafələrə qaçışla fiziki hazırlığını artırır.

Qırtımov noyabrın ikinci yarısında əməliyyat olunub.

Əsas xəbərlər, Ölkə futbolu “Kəpəz”in futbolçusu əməliyyat olundu

21 Noyabr 2024, 15:04

Əsas xəbərlər, Ölkə futbolu “Belə vəziyyətdə nəsə demək, başa salmaq çox çətindir”

14 May 2024, 9:01

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью