Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Pakistanın Kəraçi şəhərində tikilməkdə olan altımərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 15-ə yüksəlib. Dağıntılar altında qalan daha iki nəfərin axtarışı davam edir.
Moderator.az “Dawn” qəzetinə istinadən xəbər verir ki, noyabrın 26-da baş verən hadisədən sonra xilasetmə qrupları dağıntılar altında axtarış aparır. Əməliyyat zamanı daha bir neçə nəfərin meyiti aşkarlanıb.
Hadisə ilə bağlı binanın dörd sahibinə, podratçıya, memara, inşaat mühəndisinə və subpodratçılara qarşı məhkəmə prosesi başlanıb.
Sind əyalətinin baş naziri Murad Əli Şah bildirib ki, tikili üçün yalnız bir mərtəbəli binaya icazə verilib, lakin obyekt altı mərtəbəli inşa edilib.