Icma.az, Kulis.az portalına istinadən məlumat yayır. Kulis.az Orxan Həsəninin yazıçı Kəramət Böyükçöllə müsahibəsini təqdim edir.
Hüseyn Cavid parkındayam. Hələ univeristet dərsləri başlamayıb deyə parkda seyrəklikdir; it gəzdirən xanımlar, nəvəsinin əlindən tutub ağır
Və budur, Kəramət Böyükçöl. Təkərli kitab mağazasının qabağında dayanıb ona həvəslə qulaq asan oxucularına nəsə danışır. Yaxınlaşıram.
Məni uzaqdan görüb əlini qaldırır, içinə düşdüyü insan dənizindən əl-qol atıb çıxmaq istəyir.
Köməyə çatıram, əlimi uzadıb onu xilas eləyirəm və təkərli kitab mağazasının arxasına keçib hal-əhval tuturuq.
Birdən Kəramətin ağ köynəyinin qolunda ləkə görürəm. Bu nədir, Kərəm? – soruşuram.
Təəccüblə qoluna baxır və nəsə yad əlifbanın hərfləri kimi görünən ləkəni iyləyib oxuyur. Onu – ləkənin yiyəsini qoxusundan tanıyır.
Gözlərini yumub bir qız adı pıçıldayır və elə bilirəm, adını çəkdiyi qız indi bu pıçıltını eşidir.