Kəramət Böyükçöl “Mətbuat Günü” münasibəti ilə bu addımı atdı

22.07.2025

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Yazıçı Kəramət Böyükçöl Azərbaycan milli mətbuatının 150 illiyi münasibəti ilə sosial şəbəkədə etdiyi  paylaşımına görə diqqət çəkib.

Gununsesi.info-nun xəbərinə görə, belə ki, o, Cəlal Əliyevin məzarını ziyarət edərək bu sözləri yazıb:

“Milli Mətbuat günü münasibətilə akademik Cəlal Əliyevin məzarını ziyarət etdim. Ruhunuz şad olsun, Cəlal müəllim”.

Qeyd edək ki, paylaşımın rəy bölməsində oxucular onun bu addımının ironiya olduğu, o cümlədən Mirşahin Ağayevə söz atdığını bildiriblər.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью