Kərbəla ziyarəti adı ilə 13 nəfəri aldadan tiktoker saxlanıldı Foto

01.02.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


“TikTok” sosial şəbəkəsində elan yerləşdirərək insanları müqəddəs ziyarətgahlara aparacağı adı ilə aldadıb onların pulunu dələduzluq yolu ilə ələ keçirən şəxs saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, Suraxanı rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törədən 28 yaşlı Sadiq Dadaşzadə tutulub.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkənləri İraqda yerləşən müqəddəs dini məkanlara göndərəcəyini vəd edib. S.Dadaşzadə bu yolla 13 nəfəri aldadıb.
Faktla bağlı araşdırmalar aparılır.
Bu şəxsin dələduzluq əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью