Kərbəla ziyarəti adı ilə pulları yığıb yoxa çıxan TİKTOKER TUTULDU

01.02.2025

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“TikTok” sosial şəbəkəsində elan yerləşdirərək insanları müqəddəs ziyarətgahlara aparacağı adı ilə aldadıb onların pulunu dələduzluq yolu ilə ələ keçirən şəxs saxlanılıb.

Lent.az xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törədən 28 yaşlı Sadiq Dadaşzadə tutulub.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkənləri İraqda yerləşən müqəddəs dini məkanlara göndərəcəyini vəd edib. S.Dadaşzadə bu yolla 13 nəfəri aldadıb.

Faktla bağlı araşdırmalar aparılır.

Bu şəxsin dələduzluq əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью