Kərbəlaya getmək üçün yığdığı pulu görün hara xərclədi VİDEO

08.12.2025

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda yaşlı bir qadının Kərbəlaya ziyarət məqsədi ilə topladığı pulu kənd yolunun asfaltlanmasına sərf etməsi sosial şəbəkələrdə böyük maraq doğurub.

Milli.Az xəbər verir ki, görüntülərdə qadının ziyarət üçün ayırdığı vəsaiti yolun çəkilişi üçün könüllü şəkildə verdiyi qeyd olunur. Onun bu addımı bir çox izləyici tərəfindən alqışlanıb və fədakarlıq nümunəsi kimi qiymətləndirilib.

Bununla yanaşı, bəzi istifadəçilər qadının əvvəlcə arzusunda olduğu ziyarətə getməli olduğunu vurğulayaraq fərqli fikirlər səsləndiriblər. Mövzu sosial mediada geniş müzakirə olunmaqdadır.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью