Kerç boğazında 30dan çox delfin ÖLDÜ

05.01.2025

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Kerç boğazında tankerlərin qəzaya uğramasından sonra baş verən mazut sızması nəticəsində 30-dan çox delfin cəsədi aşkarlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə delfinləri xilas edən elmi-ekoloji mərkəz “Delfa” özünün teleqram kanalında məlumat yayıb.

Qeyd olunub ki, delfinlərin ölümü böyük ehtimalla mazut dağılması ilə əlaqədar olub.

Xatırladaq ki, dekabrın 15-də Kerç boğazında güclü fırtına nəticəsində iki neft tankeri “Volqoneft-212” və “Volqoneft-239” batıb. Fövqəladə hallar xidmətlərinin məlumatına görə, tankerlərdən tökülən mazutun ümumi həcmi təxminən 3,8 min tona çatıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью