Kerç boğazında fırtına səbəbindən tankerlər zədələnib, neft sızması baş verib AZƏRTAC

15.12.2024

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 15 dekabr, AZƏRTAC

Kerç boğazında fırtına səbəbindən iki neft tankeri zədələnib.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, yük gəmilərindən biri saya oturub. Gəminin batması nəticəsində neft sızması baş verib.

Məlumata görə, yüklə dolu olan "Volqoneft-212" və “Volqoneft-239” tankerləri sıradan çıxıb. Hadisə sahildən 8 kilometr aralıda baş verib.

“Rosmorrechflot” xəbər verir ki, hadisə nəticəsində neft sızması baş verib.

Xilasedicilər sahilə çıxan tankerdən 13 dənizçinin hamısını təxliyə ediblər, onlardan 1-i ölüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью