Kerç boğazında Rusiyanın tankeri batmaq üzrədir

15.12.2024

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyanın “Volqaneft” tankeri Kerç boğazında fəlakətə uğrayıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə təcili yardım xidmətləri məlumat verib.

Agentliyin həmsöhbəti bildirib ki, “fırtına şəraitində [4 ton mazut daşıyan] tankerin burun hissəsi qopub, 13 nəfərlik heyət gəminin arxa hissəsində yerləşir”.

O əlavə edib ki, xəsarət alanlar barədə məlumat daxil olmayıb. Həmçinin mazutun dağılması barədə də məlumat yoxdur. Hadisə sahildən 8 km məsafədə baş verib.

Regionun Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi bildirib ki, gəmi heyətinin köməyinə Rusiyanın FHN-nin Mi-8 helikopteri göndərilib.(Report)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью