Kərə yağı harada neçəyə satılır? QİYMƏTLƏR

13.11.2024

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

G20 ölkələri və Avropa İttifaqı arasında kərə yağlarının qiymətlərinin reytinqini təqdim edilib. 

“Cebheinfo.az” xəbər verir ki, göstəricilərə görə, Rusiya məhsulun əlverişliliyinə görə səkkizinci yerdə olub. Bu ölkədə 200 qramlıq kərə yağının orta qiyməti 2,78 dollar olub. Ən ucuz yağı Hindistan mağazalarında əldə etmək olar. Orada 200 qram məhsulun qiyməti cəmi 1,37 dollardır.

Həmçinin ucuz kərə yağı olan ölkələr siyahısında Macarıstan, Portuqaliya və ABŞ da var. Polşa 1,96 dollar qiymətlə ilk beşliyi bağlayır.

Ən yüksək qiymətlər Bolqarıstanda (3,98 dollar), Yaponiyada (3,91 dollar), Avstraliyada (3,82 dollar), həmçinin Danimarkada qeydə alınıb. Burada 200 qram qaymaqlı məhsulun yerli sakinlərə 4,27 dollara başa gələcəyi bildirilir.

Daha əvvəl bildirilmişdi ki, oktyabr ayında Rusiyada kərə yağının qiyməti 2024-cü ilin əvvəlindən təxminən 26% artıb.

Azərbaycanda da son zamanlar kərə yağının qiymətində 20 faizə yaxın bahalaşma var.

Xəzər
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью