Icma.az bildirir, Saglamolun portalına istinadən. Son zamanların ən çox müzakirə olunan mövzularından biri kərə yağlarının istifadəsiylə bağ
Bəziləri kərə yağını ziyanlı, bəziləri isə çox faydalı hesab edirlər. Əsas miflərdən biri kərə yağının daha kalorili olması iddiasıdı.
Həmin iddiaya görə, kərə yağı piylənməyə kömək edir, qan damarlarını bağlayan və ürək-damar sisteminin xəstəliklərinə səbəb olan "pis xolesterol"la zəngindir.
Bəs, həqiqət hardadır? Doğrudanmı, kərə yağından qida rasionumuzda istifadə fəsadlar yarada bilər?
HƏKİM TÖVSİYƏSİ SƏHİYYƏ TV və ASAN RADİO-nun maarifləndirici birgə layihəsi “Sağlam olun” proqramında qonaq olan ürək-damar cərrahı Seymur Bayramov kərə yağının ziyanlı olmasıyla bağlı fikrilərin yanlış olduğunu deyir: “Kərə yağları sağlamlığında hansısa problemlər olmayan insanlarda heç bir xəstəlik yaratmır.
Yalnız bir halda, analizlərdən sonra xolosterin mübadiləsi pozulması halı aşkar olunmuş pasiyentlərimizə kərə yağı tövsiyə etmirik”.
Həkim heyvan yağlarının qida rasionumuzda yer almasının vacibliyini qeyd edir: “Xolsetrin mübadiləsi pozulmamış şəxslərə heyvan mənşəli yağlar zərər vermir.
Təbii yetişdirilmiş təbii heyvanın yağları ən təmiz yağlardır və sağlamlığa heç bir ziyanı yoxdur”.