Kərə yağını əritdi, maşın yağına bənzər maye çıxdı VİDEO

23.11.2024

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müştəri marketlərin birindən 2 növ kərə yağı alıb. İddia edir ki, yağları əritdikdən sonra tündrəngli bir maye alınıb.

Alıcı videoda bildirib ki, bu, kərə yağına yox, maşın yağına bənzəyir. Görüntülər sosial şəbəkələrdə paylaşılıb. Məsələ ilə bağlı sözügedən marketdən bildirilib ki, mağazalarında təqdim edilən bütün qida məhsulları müvafiq dövlət qurumu tərəfindən yoxlamalara cəlb edilir:

"Yalnız keyfiyyət və təhlükəsizlik göstəriciləri uyğun olan məhsulların satışı həyata keçirilir. Sözügedən məhsulun qida təhlükəsizliyi sertifikatı mövcuddur".

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, sosial şəbəkədə yayılan görüntü nəzarətə götürülüb:

"Məsələ Agentliyin Bakı Regional Bölməsi tərəfindən qanunvericiliyə uyğun olaraq araşdırılacaq. Araşdırmaların nəticəsi barədə məlumat veriləcək. İstehlakçılardan xahiş olunur ki, qida sahəsində hər hansı bir uyğunsuzluqla rastlaşdıqda araşdırılıb müvafiq tədbirlərin görülməsi üçün mütləq şəkildə Agentliyin "1003" qaynar xəttinə məlumat versinlər".

Axar.az Baku TV-nin daha ətraflı süjetini təqdim edir:


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью