Kərəm Aktürkoğlu butsalarını üzərinə nişanlısının adını yazdı

27.02.2025

Icma.az, Lent az saytına istinadən bildirir.

"Benfika"da çıxış edən Kerem Aktürkoğlunun butsalarına nişanlısı Ceren Azakın adını yazdıraraq sosial media hesabında paylaşıb. Bu, tez bir zamanda trend mövzusuna çevrilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Portuqaliya kubokunun 1/4 final oyununda "Benfika" "Braqa"nı qəbul edib. "Estadio da Luz"da keçirilən görüşdə meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib. 

"Benfika"ya qələbə qazandıran qolu 39-cu dəqiqədə Vangelis Pavlidis vurub. Bu nəticə ilə "Benfika" yarımfinala vəsiqə qazanıb. 

Kərəm oyundan əvvəl “Instagram” hesabında haqqında danışılan paylaşım edib. 

Türkiyə millisinin də futbolçu üzərində nişanlısı Ceren Azakın adı yazılmış butsalarının fotosunu paylaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью