Kərəm Aktürkoğlu Fənər ə gəlsə, pley offda oynaya bilməyəcək!

14.08.2025

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ''Feyenoord'' səddini adlamağı bacaran ''Fənərbaxça'' gözlənildiyi kimi pley-offda ''Benfika''nın rəqibi oldu.

Lissabon nəhəngi Fransa təmsilçisi ''Nitsa'' ilə dueldə səfər matçında olduğu kimi evdə də 2:0-lıq qələbə qazanaraq inamlı şəkildə növbəti mərhələyə adladı.
Portuqaliyadakı cavab matçının ikinci hissəsində diqqətçəkən an yaşandı. ''Fənərbaxça''nın ''Benfika''lı Kərəm Aktürkoğlunun transferini bitirməyə yaxın olması heç kimə sirr deyil. Türkiyəli ulduz ''Nitsa''ya qarşı ilk oyunu zədə üzündən buraxmışdı və onun cavab matçını da buraxacağı gözlənilirdi. Amma oyunun 84-cü dəqiqəsində ''Fənər''in planlarını pozan hadisə yaşandı. ''Qartallar''ın çalışdırıcısı Bruno Laje artıq heç bir əhəmiyyət kəsb etməyən anlarda Kərəmi meydana buraxdı. Bununla da 26 yaşlı futbolçunun hətta ''Fənər''ə transfer olacağı təqdirdə belə pley-offda ''Benfika''ya qarşı meydana çıxa bilməyəcəyi rəsmən təsdiqləndi. Çünki UEFA-nın qaydalarına əsasən bir futbolçu ÇL-in təsnifat mərhələsində bir mövsüm ərzində iki fərqli klubun heyətində meydana çıxa bilməz. Özü də Lajenin əvəzetmədən öncə Kərəmin başını oxşaması və onu bir növ bağrına basması diqqətlərdən qaçmadı.
Bu olayın yavaş-yavaş ''sabun operası''na çevrilməyə başlayan bu transferə necə təsir edəcəyini zaman göstərəcək. Laje oyunsonrası mətbuat konfransında bunları dedi:

''Mən tez-tez oyunçularıma meydana istəkli və diri şəkildə daxil olmaları üçün əvəzetmədən öncə sarılıram. Kərəmin ötən mövsüm bizə çox faydası dəydi və o, dəyər verdiyimiz futbolçulardan biridi. Bu qarşılaşmada 10 dəqiqə oynadı və komandaya yardım etdi. Şənbə günkü çempionat matçı üçün də ona güvənirik''.

Bu arada ulduzu ''Qalatasaray''da parlayan və dəfələrlə bu kluba sevgisini etiraf edən Kərəmin ''Fənər''lə danışıqlara başlamasından sonra sosial şəbəkələrdə qəribə olaylar yaşanmaqda davam edir. Daha öncə Kərəm ilə ''Qalatasaray''ın çalışdırıcısı Okan Buruk ''instaqram''da bir-birini təqibdən çıxarmışdı. Eləcə də bu futbolçu bir ünsiyyət platformasında profilindəki aslan şəklini silmişdi. İndi də Kərəmin qardaşı Səlim Aktürkoğlu bir neçə ay öncə, daha doğrusu mayın 16-da paylaşdığı bir tviti silib! O, həmin tvitdə Kərəmin ''Qalatasaray''a bağlılığından danışmışdı.
Qeyd edək ki, ''Fənərbaxça'' - ''Benfika'' duelində ilk oyun avqustun 20-da İstanbulda, cavab matçı avqustun 27-də Lissabonda keçiriləcək.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью