Kerem Aktürkoğlu Qalatasaray ı sildi

29.08.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Benfika"nın futbolçusu Kerem Aktürkoğlu Superliqaya qayıtmağa hazırlaşır.

Oxu.Az xəbər verir ki, "Fənərbağça" türkiyəli vingerin transferini yekunlaşdırmaq üzrədir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İstanbul nəhəngi Kerem üçün Portuqaliya klubu ilə razılığa gəlib. Keçid təxminən 25 milyon avroya başa gələcək.

26 yaşlı ön xətt oyunçusu "Instagram" hesabından sabiq klubu "Qalatasaray"la bağlı olan bütün paylaşımlarını silib. O, həmçinin klubu izləmədən də çıxarıb.

Qeyd edək ki, "Benfika" Kerem Aktürkoğlunu ötən ilin yayında "Qalatasaray"dan transfer edib. Türkiyə millisinin üzvü Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 58 rəsmi matçda 17 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью