Kerem Aktürkoğlu qol sevincinə görə məhkəməlik oldu

20.11.2025

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kerem Aktürkoğlu gözləmədiyi bir problemlə qarşı-qarşıya qalıb.

"Cebheinfo.az" "Sabah"a istinadən xəbər verir ki, Kerem Aktürkoğlunun imzası halına gələn qol sevinci indi ona böyük bir hüquqi problem açmaq üzrədir.

Həm Türkiyə millisində, həm də oynadığı klublarda vurduğu qollardan sonra "Harri Potter" filmindən götürdüyü və artıq öz markasına çevrilən "əsa yellətmə" hərəkəti ilə sevinc göstərişi edən 27 yaşlı ulduz oyunçu, bu ikonik hərəkəti səbəbi ilə hüquqi prosedura cəlb olunub.

Kino dünyasının nəhəng şirkətlərindən "Warner Bros" Kerem Aktürkoğlunun "Harri Potter" dünyasına aid görüntü və səs elementlərini icazəsiz istifadə etdiyi səbəbindən İstanbul Fikri və Sənaye Hüquqları Məhkəməsinə müraciət edib.

Şirkət müraciət dosyesində "Harri Potter", "Hoqvarts", "Qrifindor" kimi bir çox markanın Türkiyədə Türk Patent və Marka Qurumu qarşısında rəsmi olaraq qeydiyyatda olduğunu vurğulayıb.

Məhkəməyə təqdim edilən müraciət dosyesində, bütün marka qeydiyyat məlumatları ətraflı bir cədvəllə paylaşılaraq, Kerem Aktürkoğlunun sosial media paylaşımlarında və meydançadakı hərəkətlərində bu markalardan birbaşa istifadə etdiyi iddia olunub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью