Kerem Aktürkoğlu üzr istədi “Bunun əvəzini çıxacağıq”

14.06.2026

Icma.az, Apasport portalına istinadən məlumat verir.

Türkiyə millisinin futbolçusu Kerem Aktürkoğlu DÇ-2026-nın qrup mərhələsində Avstraliya ilə oyundan sonra danışıb.

Apasport.az xəbər verir ki, yarımmüdafiəçi məğlubiyyətə baxmayaraq, qrupda şanslarının davam etdiyini bildirib.

Kerem komanda olaraq məsuliyyəti üzərlərinə götürdüklərini deyib:

“Bitən heç nə yoxdur. Hər şey bizim əlimizdədir. Keyfiyyətə sahibik. Səhv və günahkar axtarmağın mənası yoxdur. Biz bir komandayıq”.

O, azarkeşlərdən üzr istəyib:

“Xalqımızdan üzr istəyirik, amma bizdən inciməsinlər. Onları səhərin erkən saatlarında yuxudan oyadıb qələbə hədiyyə etmək istəyirdik, amma alınmadı. İnşallah, növbəti matçlarda bunun əvəzini çıxacağıq”.

Qeyd edək ki, Türkiyə millisi D qrupunda növbəti oyununu Paraqvaya qarşı keçirəcək. Qarşılaşma iyunun 20-də Bakı vaxtı ilə saat 04:00-da San-Fransisko stadionunda oynanılacaq. Türkiyə qrupdakı son matçında isə iyunun 26-da saat 06:00-da ABŞ-la üz-üzə gələcək. 

Braziliyanın inanılmaz seriyası - 92 ildir açılış matçında uduzmur Ançelottidən heç-heçə şərhi - “Pis nəticə deyil” Qətərdən tarixi nəticə – Mundialda ilk xalını qazandı DÇ-26: İsveçrəyə şok: Qətər son dəqiqədə 1 xalı qopardı - YENİLƏNİB Kanteyə tərif dolu sözlər - “64 yaşında da oynayar”
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью